Avtoreyd.Az Hadisə Bakıda növbəti yol qəzası (Video+Foto)

Bakıda növbəti yol qəzası (Video+Foto)


Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az-ın məlumatına görə,hadisə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində baş verib.Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə, Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında “BMW” markalı avtomobil keçərkən polisdən qaçan və yüksək sürətlə qırmızı işıqda keçən “Mazda” ona çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəlib. Qəzadan dərhal sonra “Mazda”nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis “Mazda”nın sürücüsünü axtarır.

Hadisə yerindən olan görüntüləri sizə təqdim edirik:

 

Related Post