Mingəçevirdə yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Xaldan şossesinə çıxışı istiqamətində baş verib.

Belə ki, şəhər mərkəzi istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı maşınla toqquşmadan yayınmaq üçün məcburi manevrlər edib. Nəticədə “Mercedes” yol kənarındakı səkiyə çırpılaraq qəza törədib. Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb, sürücü isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.