Avtoreyd.Az Dörd çarx Diqqət! Bu yollarda rənglənmə işləri aparılır

Diqqət! Bu yollarda rənglənmə işləri aparılır


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

AvtoReyd.Az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, rənglənmə işləri axşam saatlarına qədər yekunlaşdırılacaq.

Anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyə qədər olan hissəsində də aparılacaq. Burda rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AvtoReyd.Az

Related Post

Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu tikilir (Video+Foto)Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu tikilir (Video+Foto)

Birbaşa olaraq sənaye, kənd təsərrüfatı və turizmin inkişafına, bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirməsinə gətirib çıxaran yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən