Avtoreyd.Az Gündəm Paytaxtda bəzi marşrutlar üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

Paytaxtda bəzi marşrutlar üzrə avtobusların hərəkət sxemi dəyişdirilir


İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişkliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. – Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küçəsi-Xudu Məmmədov küçəsi-Gəncə prospekti ilə hərəkət edəcək.

62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar  Məhəmməd Hadi küçəsi–Sarayevo küçəsi-Telnov küçəsi-Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.

Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələri xahiş olunur.Xatırladaq ki,bu barədə AvtoReyd.Az-a Bu barədə Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.

Related Post

Benzinin qiyməti artacaq? “Azpetrol” şirkətinin baş direktoru AÇIQLADIBenzinin qiyməti artacaq? “Azpetrol” şirkətinin baş direktoru AÇIQLADI

“Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib. AvtoReyd.Az-in APA-ya istinadən xəbərinə görə, “Caspian Energy” jurnalına müsahibəsində C. Məmmədov