Hər gün paytaxt Bakının yollarında yüzlərlə qayda pozuntuları olur. Amma bəzən bu pozuntuları həyata keçirənlər “Təhlükəsiz şəhər” kamerasının olmadığı yerlərdə daha aktiv olurlar.
Belə sürücülərin aşkarlanması və həyatımızın daha təhlükəsiz olması üçün isə vətəndaş dəstəyinə də ehtiyac var.
AvtoReyd.Az FaktXəbər.com-a istinadən məlumat verir ki, görüntülər Bakı-Sumqayıt yolunun “Şamaxinka” adlanan ərazisində qeydə alınıb. Təxminən 20 saniyə ərzində 2 avtomobil eyni formada qayda pozuntusu edirlər. Əvvəlcə 90SF968 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ötmə əməliyyatı edərək birinci zolaqdan üçüncü zolağa çıxır və arxadan gələn avtomobil qəfil tormozlamasına səbəb olur. Daha sonra isə 90LP465 dövlət qeydiyyat nişanlı LADA2115 markalı avtomobil ziqzaqvari hərəkət edərək əvvəlcə sağ zolağa, sonra sol zolağa, daha sonra isə yenidən sağ zolağa çıxır. Bu hərəkətləri edərkən isə arxadan gələn maşının qəfil tormozlamasına səbəb olur.