Avtoreyd.Az Hadisə BNA: Işıqforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

BNA: Işıqforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır


“Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar işıqforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır”.

Bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə işıqforların fəaliyyəti bərpa edilib.

“Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün işıqforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür”, – deyə m.Ağayev əlavə edib.

AvtoReyd.Az

Related Post

Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olubAğcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub

Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub. AvtoReyd.Az APA-ya istinadən verdiyi xəbərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi Rayon xəstəxanasına

Yükdaşıma şirkəti vətəndaşın 3000 manatlıq qab-qacağını qırıb – VİDEOYükdaşıma şirkəti vətəndaşın 3000 manatlıq qab-qacağını qırıb – VİDEO

Paytaxt sakini Orxan Qəhrəmanov 188 yükdaşıma xidmətindən narazıdır. O. Qəhrəmanov üzləşdiyi problemlə bağlı”Yeniavaz.com”saytına müraciət edib və problemin ictimailəşdirilməsini xahiş edib. Şikayətçi bildirir ki, ev əşyaları Masazırdan 7-ci mikrorayona daşınarkən 3000