Avtoreyd.Az Gündəm Paytaxtda çökmüş yolun altında tunel aşkarlandı (Foto)

Paytaxtda çökmüş yolun altında tunel aşkarlandı (Foto)


“Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb”.

AvtoReyd.Az məlumat verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk səhifəsində məlumat paylaşıb.

“Ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək”, – deyə qurum rəsmisi bildirib.

© Məlumatdan istifadə edərkən AvtoReyd.Az-a istinad olunmalıdır.

Related Post