İyulun 13-də axşam saatlarında Moskva ətrafında bir neçə şəxsin həyatına son qoymuş ağır yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az məlumat verir ki,şahidin avtomobilində qurulmuş registrator vasitəsi ilə qeydə alınan yazıdan aydın görünür ki, yüksək sürətlə qadağan edən nişanın mövcudluğuna məhəl qoymadan Mitsubishi markalı avtomobil qarşı zolağa çıxaraq hərəkət edir.
Bir neçə saniyədən sonra minik avtomobili qarşıdan gələn və nəqliyyat vasitəsini yolun kənarına sürməklə,hadisədən yayınmağa çalışan “Lada” ilə toqquşur.Bədbəxtlikdən, Yol Hərəkət Qaydalarını pozan sürücü də avtomobili həmin istiqamətə yönəldir.
© Məlumatdan istifadə edərkən AvtoReyd.Az-a istinad olunmalıdır.