Avtoreyd.Az Dörd çarx Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Bu yollarda təhlükəsizlik sədləri təmir edilir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmir işləri ilə bağlı məlumat yayıb.

Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Məlumatdan istifadə edərkən AvtoReyd.Az-a istinad olunmalıdır.

Related Post

Bərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTOBərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikinti işlərinə start verilib Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, uzunluğu 17,5