Avtoreyd.Az Dörd çarx Kirayə avtomobillərə tələbat artıb (Video)

Kirayə avtomobillərə tələbat artıb (Video)


Yay mövsümü və ölkəyə günü -gündən artan turist axını kirayə avtomobillərə tələbatı xeyli artırıb.

Xezerxeber.az-ın məlumatına görə, şəhərdaxili 1 günlük avtomobil kirayəsi minimum 50 manata başa gəlir. Avtomobil kirayəsi ilə məşğul olan Ümid Bədirovun sözlərinə görə, şəhərdaxili ən çox ekonom sinifinə aid olan avtomobillərə tələb var.

Şəhərdən kənara, xüsusən də dağlıq zonalara gedənlər daha çox “Niva”ları kirayələyirlər.

Lüks sinfinə aid olan “offroder” tipli avtomobilləri kirayə götürənlərin də sayı kifayət qədərdir. Bu avtomobillərin 1 günlük kirayəsi 150-300 manatdır.

Avomobil icarayə verən şirkətlərin bəziləri icarə müddəti başa çatana qədər 100-200 manat məbləğində depozit də alırlar. Əgər avtomobil geri qaytarılarkən hər hansı bir problem aşkarlanmırsa, depozit tam şəkildə müştəriyə qaytarılır.

Bundan başqa, icarəyə verilən avtomobillərin bəziləri “full-paket” kasko sığortalı olur. Bu isə o deməkdir ki, hər hansı bir qəza zamanı avtomobilə və içərisində olan müştərilərə dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Sərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEOSərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEO

Sərnişinlər avtobusun içərisində deyil, qapıdan bayırda, qapıdan sallanaraq gedirlər. Paytaxtdakı sərnişin avtobuslarından birində qeydə alınan hadisənin görüntülərini vətəndaşlardan biri çəkərək “XəzərXəbər”in votsap nömrəsinə göndərib. Avtobusun sahibkarı hadisənin baş vermə səbəbini

Xocahəsən-Lökbatan yolunda təmir işləri aparılacaqXocahəsən-Lökbatan yolunda təmir işləri aparılacaq

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 2 fevral tarixindən etibarən Xocahəsən-Lökbatan avtomobil yolunda təmir-bərpa işlərinə başlanılır. Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət