Avtoreyd.Az Maraqlı Mayonezdən dizel hazırlana biləcək

Mayonezdən dizel hazırlana biləcək


Tullantı mayonezlərdən çıxarılan biodizelin, dizel vasitələrdə yanacaq olaraq istifadə edilə biləcək. Zibilə gedən tullantı mayonezlərin və yağların ölkə iqtisadiyyatına böyük bir qatqı təmin edə biləcəyini söyləyən mütəxəssislər, qurulacaq təsislə tullantı yağlardan və tullantı mayonezlərdən əldə edilən biodizelin universitetin dizel vasitələrində istifadə edilməsi üçün hərəkətə keçildiyini bildirdi.

Sıfır tullantı düşüncəsilə hərəkətə keçən mütəxəssislər, tullantıların ölkənin ən əhəmiyyətli problemlərindən biri olduğunu bildirərərək davam etdilər: “Bir litr tullantı yağ, bir milyon litr suyu istifadə edilməz hala gətirir. Bu əhatədə tullantı yağları biodizelə çevirib, qiymətləndirməklə əlaqədar elmi işlər görülür. İstifadə müddəti tez keçən bəzi qida maddələri var. İstifadə müddəti bitdikdən sonra o artıq bir tullantı olur. Mayonez, istifadə müddəti olduqca qısa bir qida maddəsidir. İstifadə müddəti bitdikdən sonra da bir tullantıya çevrilir. Mayonezin içində 60% nisbətində yağ var. Biz bu yağı, geri qazandıq və geri qazandığımız yağdan da biodizel alırıq. Biodizel, bioloji mənşəli bir yanacaq olub, yağın metanolla olan reaksiyasında meydana gəlir. Yan məhsul olaraq da qliserin əldə edilir. Qliserin də sabun və yuyucu vasitələr sənayesində xammal olaraq istifadə edilir. Yəni tullantıdan başlayırıq, sıfır tullantıya getmiş oluruq”.

AvtoReyd.Az

Related Post