Avtoreyd.Az Gündəm Paytaxtda yolu çökdürən zirzəmi sökülür (Video)

Paytaxtda yolu çökdürən zirzəmi sökülür (Video)


Çökmüş yolun altında ikimərtəbəli zirzəmi aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində bir neçə gün bundan əvvəl baş vermiş çökmədən gedir. Hazırda həmin ərazidə qazıntı işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin verdiyi məlumata əsasən, binanın zirzəmisi böyük bir ərazini əhata edir.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

AvtoReyd.Az

Related Post

Sürücülük imtahanı və sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair yeni tələblərSürücülük imtahanı və sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair yeni tələblər

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib. Qüvvədə olan Əsasnaməyə əsasən sürücülərin