Cənubi Afrikada düşən təyyarənin sərnişini yerə çırpılma anını kamerası ilə qeydə alıb.
AvtoReyd.Az Deyerler.org-a istinadən xəbər verir ki, təyyarənin sol tərəfindəki pəncərənin yanında oturan sərnişin, mühərrikin yanmağa başladığını və təyyarənin sürətlə düşməyə başladığı anı kamerası ilə çəkib
Sərnişin, “Vəziyyət getdikcə pisləşir. Hər şey çox pisdir”, deyir.
Görüntüdə bir müddət sonra ekran qaralır və zərbə səsi eşidilir, sonra dumanlar içində təyyarənin salonu görünür. Daha sonra da sərnişinlər təxliyə edilməyə başlayır.
Beynəlxalq uçüş həyata keçirən sərnişin təyyarəsi, 10 iyulda Pretoria yaxınlığında düşmüşdü. Qəzada 2 nəfər həlak olmuş, 20 nəfər də yaralanmışdı.