Bir Kanada şirkəti tərəfindən yaradılan yeni üçtəkərli elektrikli vasitə, digər yarısı olmayan bir minik avtomobilə bənzəyir lakin texniki xüsusiyyətləri daha çoxunu vəd edir.
AvtoReyd.Az deyerler.org-a istinadən bildirir ki, Electra Meccanica şirkəti, “Solo” adlı 15.000 dollarlıq elektrikli və üç təkərli bir avtomobilin istehsalı üçün işlərinə sürət verdi. Tətbiq olunacaq yeni satış strategiyaları ilə birlikdə ilk hədəf 75.000 ədəd üçtəkərli elektrikli vasitə satmaqdır.
Cəmi 675 kq ağırlığında olan və maksimum saatda 130 km sürət yığa bilən bu vasitə, 82 at gücünə sahibdir. İçərisindəki 17.3 kWh tutumundakı elektrik şəbəkəsi tək enerji ilə 161 km yol gedə bilər.
Sürətli enerji yığmaq xüsusiyyəti də olan açarsız giriş, Bluetooth stereo, geri görüş kamerası, 285 litr baqaj həcmi, kondisioner, air-con kimi normal minik vasitələrin bəzilərində belə olmayacaq xüsusiyyətlər bu avtomobildə mövcuddur.
Üçtəkərli və elektrikli vasitə Solo üçün şirkət artıq ilk satışlardan sonra ardıcıl istehsala keçməyə hazırlanır.