Avtoreyd.Az Dörd çarx Sürücülərin nəzərinə:Bu yolda rənglənmə işləri aparılır

Sürücülərin nəzərinə:Bu yolda rənglənmə işləri aparılır


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sulutəpə dairəsindən DSK yolu istiqamətində, həmçinin Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Koroğlu yol qovşağı istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

“Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, deyə məlumatda deyilir.

AvtoReyd.Az

Related Post

Sərnişin avtobusunun sürücüsü telefonla danışır – Avtobusun içərisi isə sərnişinlərlə doludur – VİDEOSərnişin avtobusunun sürücüsü telefonla danışır – Avtobusun içərisi isə sərnişinlərlə doludur – VİDEO

113 saylı avtobusun sürücüsü avtobus hərəkətdə olan zaman telefonla danışıb. O həm özünü, həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atıb. İndi həmin kadrları təqdim edirik. Sərnişin avtobusunun sürücüsü