Avtoreyd.Az Gündəm Avtoxuliqanlığı təbliğ edən şəxs həbs edildi – “Bilməzdim ki, axırı belə olacaq” (Video)

Avtoxuliqanlığı təbliğ edən şəxs həbs edildi – “Bilməzdim ki, axırı belə olacaq” (Video)


Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan ”Ağdamlı Faiq” tutulub.

Söhbət bir neçə gün əvvəl ”Xəzər Xəbər”in gündəmə gətirdiyi bu şəxsdən gedir.

Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə Faiq avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Hələ üstəlik bu hərəkətini də sosial şəbəkədə canlı yayımlayır.

Saatda 160 kilometrdən artıq sürətlə hərəkət edən həmin şəxs bir əlində telefonu tutub izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır. Hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Bölməsinin əməkdaşları özünü ”Ağdamlı Faiq” kimi təqdim edən Faiq Hüseynovu saxlayıblar.

Polis Şöbəsində onun barəsində araşdırma aparılarkən o da məlum olub ki, Faiq Hüseynov 4 gün əvvəl sürücülük vəsiqəsi alaraq bu təhlükəli əməlləri törətməyə başlayıb.

Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və ”cavanlıq” etdiyini deyib.

Onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, bir illik sürücülük hüququndan məhrum edilməklə 30 gün də inzibati həbs edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post