Avtoreyd.Az Hadisə Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, yaralılar var (Foto)

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, yaralılar var (Foto)


Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan “VAZ 21015” ilə “QAZel” markalı təcili tibbi yardım avtomobilinin toqquşması nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar 1984-cü il təvəllüdlü Əliyev Elnur Vaqif oğlu və 1989-cu il təvəllüdlü Əhmədzadə Əhməd Elman oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post