Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir. Zirə sakinlərinin və bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır. Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır. Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.
Zirə sakinlərinə şad xəbər (Foto)
Related Post
Nazir əmr verdi – Piyadalara görə polislərin sayı artırıldı – VİDEONazir əmr verdi – Piyadalara görə polislərin sayı artırıldı – VİDEO
Ölkə üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb. Məqsəd piyada vurulması hallarının qarşısını almaqdır. Daxili işlər nazirinin əmri ilə post-patrul xidmətinin 200-dən çox
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılırBakı-Quba yolunda hərəkət məhdudlaşdırılır
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işləri davam etdirilir. Yolun sözügedən hissəsində Quba istiqaməti üzrə aparılan təmir işləri artıq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən
Texniki baxışdan keçən avtomobilə radara düşdü (Video)Texniki baxışdan keçən avtomobilə radara düşdü (Video)
Texniki baxışdan keçən avtomobilə radara düşüb. Avtomobil sahibi Tərlan Əhmədov deyir ki, dövlət qeydiyyat nişanı ”99-ES-562” olan avtomobili ilə sentyabrın 17-də Gəncə istiqamətində gedərkən radara düşüb. Avtomobil texniki baxışdan keçirilmədiyi