Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir. Zirə sakinlərinin və bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır. Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır. Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.
Zirə sakinlərinə şad xəbər (Foto)
Related Post
Ağsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşırAğsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır
Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu
Qala-Pirallahı yolunda hərəkət qismən məhdudlaşacaqQala-Pirallahı yolunda hərəkət qismən məhdudlaşacaq
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır), bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil
Maşın alanların diqqətinə: “Bu avtomobillərin spidometri geri çəkilir” – Sumqayıtdan VİDEOREPORTAJMaşın alanların diqqətinə: “Bu avtomobillərin spidometri geri çəkilir” – Sumqayıtdan VİDEOREPORTAJ
Avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür. Amma bəzi işbazlar maşını baha satmaq üçün nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazına müdaxilə edirlər. Yəni, kilometrajı geri çəkirlər.