Avtoreyd.Az Dörd çarx Bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq (Video)

Bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq (Video)


Yolların çəkilməsi üçün torpaqlar dövlət ehtiyacları üçün alınacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq. Yolun üzərində yerləşən torpaq sahələrinə nə qədər pul ödəniləcəyi də məlumdur.

Həmçinin Baki səhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə də layihə altına düşən torpaq sahələri alınacaq. Bu ərazidə isə həm evlər, həm də qeyri-tikinti obyektləri var. Bütün obyektlər üçün kompensasiya pulu onların təyinatına uyğun olaraq həyata keçiriləcək.

Maliyyə Nazirliyinə tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələsdirilməsini təmin etmək tapşırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

AvtoReyd.Az

Related Post

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)

Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yol ayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda“Azərbaycan Respublikası regionlarının