Avtoreyd.Az Dörd çarx Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)

Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)


Bakıətrafı qəsəbələrə hərəkət edən 107 saylı sərnişin avtobusu adətən 15 dəqiqəyə gedilən yolu 45 dəqiqəyə və ya bir saata gedir. Bunu sərnişinlər iddia edir. Bildirirlər ki, avtobusda həmişə sıxlıq olur, üstəlik, kondisioner sistemi də yoxdur. Odur ki, isti havada 15 dəqiqəlik yolu 1 saata getmək dözülməzdir.

Xezerxeber.az-ın məlumatına görə, şikayət Buzovnadan metronun “Koroğlu” stansiyasına hərəkət edən 107 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusdandır. Sərnişinlər sözügedən avtobusun 15 dəqiqlik yolu bir saata getdiyini deyirlər.

Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən 107 saylı avtobusun sahibkarı isə şikayətlərin əssasız olduğunu bildirir.

Bakı Nəqliyyat Agentliyndən isə bildirildi ki, 107 saylı marşrut xətti üzrə gündəlik 20 avtobus sərnişinlərə xidmət göstərir. Həmin marsrut üzrə hərəkət edən avtobusların intervalında gecikmələrə səbəb isə Sabuncu Zabrat yolunda günün pik saatinda muşahidə edilən sıxlıqdır. Hazırda həmin yolda nəqliyyat şəraitinin yaxşılasdırılması üçün tədbirlər həyata kecirilir. İşlər yekunlasdıqdan sonra bu problemler aradan qalxacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

AvtoReyd.Az

Related Post

Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıbMehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncamla iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi