Sabahdan etibarən xarici dövlətlərdə istehsal edilən və müddəti çatmasına baxmayaraq avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimələnəcək.
Xezerxeber.az-ın məlumatına görə, nəzərdə tutulan müddətin son tarixi olduğu üçün bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Zabratda yerləşən müayinə mərkəzinin qarşısında izdiham yaşanıb.
Müayinə mərkəzinin qarşısında çox sayda avtomobil dayanıb.
Müayəinə mərkəzindən verilən məlumata görə, yoxlanışı son günə saxlayan sürücülərin maşınında nasazlıq aşkarlandıqda onlar daha çox növbə gözləmli olurlar.
O da bildirilib ki, müayinədən keçməyən sürücülər, hətta həftə sonuda avtomobillərini yoxlanışa gətirə bilərlər. Texniki baxışın müddəti keçsə də, avtomobilini yoxlanışa təqdim edərkən sürücüyə heç bir cərimə tətbiq edilmir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin ”Xəzər Xəbər”ə verdiyi açıqlamaya görə, sabahdan etibarən yol polisləri vaxtı çatdığı halda texniki baxışdan keçməyən avtomobillərin sürücülərini cərimələməyə başlayacaq. Eyni zamanda, belə sürücülərə qarşı reydlər də keçirilə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə görə texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat miqdarında cərimə edilir. Bu cərimə 10 gündən bir yenidən tətbiq edilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: