Avtoreyd.Az Hadisə Ünvanına cərimə protokolu gəlib, amma sürücü razılaşmır – SƏBƏB (Video)

Ünvanına cərimə protokolu gəlib, amma sürücü razılaşmır – SƏBƏB (Video)


Goranboy sakini sürət həddinin aşılması ilə bağlı ona yazılan protokolla razılaşmır. İddia edir ki, başqa avtomobilə aid olan cərimə ona gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Goranboy rayon Xanqərvənd kənd sakini Yasin Nəbiyev deyir ki, 10 gün əvvəl Ucara yas mərasiminə gedib. Oradan qayıtdıqdan bir neçə gün sonra isə saatda 90 kilometr sürət həddi qoyulan yolda 172 kilomter/saat sürətlə radara düşdüyünü öyrənib. Bu qayda pozuntusuna görə də 250 manat məbləğində cərimə protokolu yazılıb.

Yasin Nəbiyev iddia edir ki, bu cərimə ona aid deyil və səhvən onun ünvanına göndərilib. Çünki qayda pozuntusu baş verən ərazidə başqa bir avtomobil yüksək sürətlə onu ötüb keçib. İdarə etdiyi minik avtomoilinin də heç o cür sürətlə gedə bilməyəcəyini deyir.

Baş Dövlət Yol Polisi İdarəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, müraciət araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post