Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.
AvtoReyd.Az xəbər verir ki, Virtualaz.org-a Nail Allahverdiyevin vəkili Muxtar Mustafayevin verdiyi məlumata görə, onun müdafiə etdiyi şəxs azadlığa buraxılmayıb.Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq bir il keçir.