Təqib Çinin Anxoy əyalətində qeydə alınıb.
AvtoReyd.Az xarici mətbuata istinadən bildirir ki,sürücü kompakt avtomobilini səkidə saxladığına görə, polislərdə maraq oyadıb.Qanun keşikçiləri sürücüdən sənəd tələb etdikdə o,uzaqlaşmağa qərar verib.Ancaq polisdən tez aralaşmaq alınmayıb.Belə ki,inspektorlardan biri avtomobilin damına hoppanmağa imkan tapıb,digəri isə onu izləməli olub. Görüntüdə gördüyünüz kimi qayda pozan sürücü saatda 60 km çox hərəkət etməyib.İstiqaməti dəyişən sürücünün təqibi 12 kilometr davam edib.Orada onu gözləyən polislər dayandırdıqdan sonra qaydalara uyğun ittiham irəli sürüblər.
Maraqlı və məzəli anları əks etdirən video görüntünü sizə təqdim edirik: