Avtoreyd.Az Dörd çarx Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqmətində hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqmətində hərəkət məhdudlaşdırılacaq


Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədlər təmir ediləcək. Yolun iş gedən zolaqları həm Bakı, həm də Sumqayıt şəhəri istiqamətində tam məhdudlaşdırılacaq, digər zolaqlarda isə hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətində yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AvtoReyd.Az

Related Post

Bakıda qayda pozan sürücünü cərimələyən yol polisi özü qanuna tabe olmadı (VİDEO)Bakıda qayda pozan sürücünü cərimələyən yol polisi özü qanuna tabe olmadı (VİDEO)

Bakıda yol polisi motosiklet sürücüsünü qayda pozduğuna görə saxlayıb. AvtoReyd.Az BAKU.WS-in məlumatına görə,xəbər verir ki, yol polisi sürücünün motosikletinə minərək cərimə meydançasına yollanıb. Bu qəribə mənzərə ətrafdan keçən insanların marağına səbəb

BNA “Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirdibBNA “Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirdib

“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün “Layihələrin hazırlanması və idarəedilməsi” mövzusunda təlim keçirilib. Könüllülərə layihələr və onların yazılma qaydaları, layihələrin idarəedilməsi funksiyaları, SWOT (Güclü cəhətlər, zəif cəhətlər, imkanlar və təhlükələr)

Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaqAzərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq

“Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər olan yolu 4 saata qət etmək mümkün olacaq”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin