Avtoreyd.Az AvtoSığorta Sığorta şirkətinin fırıldağı ifşa edildi – Vətəndaşın adından 4 avtomobil sığorta edilib (Video)

Sığorta şirkətinin fırıldağı ifşa edildi – Vətəndaşın adından 4 avtomobil sığorta edilib (Video)


Sığorta şirkətlərindən biri Cəlilabad sakininə qarşı fırıldaqlıq edib. Bunu zərərçəkmiş şəxs iddia edir.

İddiaya görə, xəbəri olmadan onun adından 4 avtomobili icbari sığorta ediblər.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Cəlilabad sakini Qayıtmaz Cəfərovun başına gəlib. Oğlu Ramil Cəfərov deyir ki, atası öz avtomobilini bir neçə ay əvvəl sığorta etdirərkən ona bildiriblər ki, yol nəqliyyat hadisəsi törətmədiyi üçün bonuslu müştəridir. Onun ”Vaz-21011” markalı avtomobilini xüsusi endirimlə sığorta ediblər.

Ağsaqqal kişi bir həftə əvvəl oğlunun idarə etdiyi avtomobili də sığorta etdirmək üçün təkrar həmin sığorta şirkətinə müraciət edib.

Ramil Cəfərov iddia edir ki, həmin sığorta şirkətinin əməkdaşı atasının adında endirimin olmasından istifadə edərək öz qazancı üçün bunu digər sürücülərə satıb. O, məsələ ilə bağlı icbari sığorta bürosuna da müraciət etdiyini deyir.

Məsələyə münasibət bildirən sığorta ekeperti Daşdəmir Niftəliyev bildirib ki, vətəndaşın qarşılaşdığı problem dələduzluq faktıdır. Çünki sığorta şirkətinin heç bir hüququ yoxdur ki, hansısa vətəndaşın sənədlərindən istifadə edərək digər şəxslərə icbari sığorta etsin.

İcbari Sığorta Bürosundan isə ”Xəzər Xəbər”ə bildirdilər ki, vətəndaşın müraciəti ”Dəstək” şöbəsində araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra məsələ öz həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

AvtoReyd.Az 

Related Post

Yaşıl Kart nədir?Yaşıl Kart nədir?

Son illər Azərbaycanın regionda yerləşən həmsərhəd dövlətlərlə turistik və ticari əlaqələrinin davamlı inkişafı fonunda ölkəyə gələn əcnəbi turistlərlə yanaşı, qonşu ölkələrə səfər edən azərbaycanlıların da sayının artması müşahidə edilir. Yaxın

Sığorta şirkətlərinin qəza komisarları kimdir? Qanunda Qəza komissarı – ifadəsi varmı?”Araşdırma”Sığorta şirkətlərinin qəza komisarları kimdir? Qanunda Qəza komissarı – ifadəsi varmı?”Araşdırma”

“Qəza-komissarı” – vəzifəsi ilə bağlı yazının meydana gəlməsi təsadüfi deyil. Son zamanlar “Azərsığorta”, “Standart İnsurance” və “GünaySığorta” şirkətlərinin imtina hallarında qəza komissarlarının müvafiq araşdırma aparması və yekunda onların gəldiyi qənaətdən