Avtoreyd.Az Hadisə İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü

İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü


Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb.

AvtoReyd.Az xəbər verir ki, onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, faciəvi şəkildə suda boğularaq həyatını itirən 27 yaşlı gənc Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun bacısı oğludur.

Allah rəhmət eləsin!

Related Post