Avtoreyd.Az Gündəm DANX yeni tələblər qoyuldu

DANX yeni tələblər qoyuldu


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə xidmətin mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib. Onun verdiyi məlumata görə, Tarif Şurasının məlum qərarından sonra DANX daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub:

“Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb.

Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır.

Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür”.

AvtoReyd.Az

Related Post

Əcnəbi-sürücülər sürücülük vəsiqəsiz qaldılar!Onlara Rusiya şəhadətnaməsi olmadan işləməyi qadağan etdilər.Əcnəbi-sürücülər sürücülük vəsiqəsiz qaldılar!Onlara Rusiya şəhadətnaməsi olmadan işləməyi qadağan etdilər.

Əcnəbi-sürücülər üçün qara günlər başladı.AvtoReyd.Az Rusiya KİV-nə istinadən məlumat verir ki,Rusiya sürücülük vəsiqəsi olmadan bu ölkənin ərazisində sürücü kimi çalışa bilməyəcəklər.Bu məsələyə 2014-cü ildə son qoymağa planlaşdırılsada yalnız bu gün yekunlaşıb.

Sabah Bakıda isti olacaqSabah Bakıda isti olacaq

Mayın 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, 10 mayda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli