Avtoreyd.Az Dörd çarx LiAZ Azərbaycana avtobus tədarük etmək niyyətindədir

LiAZ Azərbaycana avtobus tədarük etmək niyyətindədir


Rusiyanın Likino avtobus zavodu (LiAZ) Azərbaycana avtobus tədarükünü təşkil etmək niyyətindədir.

AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, bunu “QAZ Qrupu”nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.

N.Odintsovun sözlərinə görə, Azərbaycana avtobus tədarükü ilə bağlı bir neçə müqavilənin imzalanması gözlənilir.

Direktor qeyd edib ki, LiAZ-ın məhsullarının təxminən 10 faizi MDB ölkələrinə, ilk növbədə Qazaxıstana ixrac olunur:

“Bu il biz MDB ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, bizim Şərqi Avropaya avtobus ixracı ilə bağlı planlarımız var”.

N.Odintsovun sözlərinə görə, LiAZ ildə 2,5 min avtobus istehsal edir. Şirkətin tədarükünün 70 faizi Moskva və Moskvaətrafının payına düşür.

AvtoReyd.Az

Related Post

Avtobusda BİABIRÇILIQ – Sərnişinlər bu şəkildə əyləşdirilir – VİDEOAvtobusda BİABIRÇILIQ – Sərnişinlər bu şəkildə əyləşdirilir – VİDEO

Sərnişinlər avtobusa qeyri-qanuni şəkildə yerləşdirilib. Hadisənin Bakı Beynəlxalq Avtovağzalından çıxan Bakı-Zaqatala avtobusunda qeydə alındığı iddia olunur. Videoda avtobusda daha çox sərnişinin getməsi üçün nəqliyyat vasitəsinə əlavə oturacaqlar yerləşdirildiyi görülür. Həmin