Sosial şəbəkədə ölümlə nəticələnən dəhşətli qəzanın kadrları yerləşdirilib.AvtoReyd.Az xəbər verir ki,hadisə Rusiyanın Krasnodar vilayətlərinin Qafqaz rayonunda baş verib.Nissan avtomobilinin 47 yaşlı sürücüsü sola dönmək istəyən Hyundai-la toquşub.Zərbədən avtomobil qarşı zolağa atılaraq Volvo markalı yük maşını ilə üzbə-üz qəlib.Bundan sonra böyük yük maşını diqər avtomobillərlə toquşub və zərbə nəticədə Man markalı yük avtomobili də aşıb.Bundan başqa, Volvo qarşı zolaqda olduğundan “VAZ”-ın üzərindən keçib.Minik avtomobilini idarə edən 81 yaşlı kişi və onun sərnişini yerində həlak olublar.Qəzanın son iştirakçısı yük avtomobili ilə toquşan “LADA”olub.Hadisə nəticəsində zərər çəkənlər: “VOLVO” və Hyundai-in sürücüləri və iki sərnişin olub.Xatırladaq ki,sərnişinlərdən birinin yedi yaşı olub.
Sözügedən anın videosunu sizə təqdim edirik: