Bir çox saytlarda və bəzi radiolarada DYP sürücülərə müraciət edib,”BUNA GÖRƏ” 50 manat cərimə tədbiq oluna bilər başlıqlı məlumat yayılmaqda davam edir.Maraqlısı odur ki,bütün məlumatlar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə istinadən təqdim olunur.Söhbət avtomobil üçün nəzərdə tutulan yanğınsöndürən balondan gedir. AvtoReyd.Az saytına ünvanlanan suallar arasında avtomobil üçün yanğınsöndürən balona aid suallar üstünlük təşkil edir. Ən çox verilən sual isə yanğınsöndürən balonun olmaması ilə bağlı tədbiq olunacaq cərimə ilə bağlıdır.
Əvvəlcə cərimə məsələsinə diqqət yetirək.Kütləvi informasiya vasitələrində İXM-in 342.5-ci maddəsini əsas tutaraq avtomobildə yanğınsöndürən balon olmadığına görə 50 manat cərimə nəzərdə tutulur.
İXM-in 342.5-ci maddəsinin mətni belədir:
Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə-əlli manat məbləğində cərimə edilir.
Əgər nəzarət edən qurum bunu İXM-in 518.1-ci maddəsini nəzərdə tutursan onu da sizə təqdim edirik:
Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə –
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Hüquqşunas Ərşad Hüseynov bu məsələ ilə bağlı bizim qanunvericilikdə ciddi qüsur olduğunu bildirir.Ekspert bildirir ki,bəziləri elə düşünürlər ki, avtomobildə yanğınsöndürən balon olmadığına görə DYP əməkdaşı sürücünü məsuliyyətə cəlb edə bilər. “Belə yanlış fikirlərin səslənməsinə görə heç kəsi qınamıram, çünki günah qanundakı problemdə və bunun uzun illərdir ki, düzgün şərh edilməməsindədir”,-hüququşunas Ərşad Hüseynov.
Cəriməni tədbiq eləmək məsəsləsinə gəldikdə İXM-in 342.5-ci maddəsində bu barədə heçnə yazılmayıb.Diqər tərəfdən İXM-in 518.1-ci maddə üzrə məsuliyyətə cəlb etmək səlahiyyəti birmənalı olaraq Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarına aiddir. Bu, o deməkdir ki, DYP əməkdaşı 518.1-ci maddə üzrə nəinki cərimə tətbiq etmək, heç protokol tərtib etmək səlahiyyətinə də malik deyil. Digər tərəfdən, Dövlət yanğın nəzarəti xidməti əməkdaşlarının istər yolda, istər DYP postunda, istərsə də vətəndaşın şəxsi qarajında və ya həyətində hər hansı avtomobilə baxış keçirmək, odsöndürənin olub-olmadığını yoxlamaq və kimisə məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur.
İXM-in 518.1-ci maddəsinin yollarda hərəkət edən avtomobillərin sürücüləri barəsində tətbiq edilə bilməsi üçün bu normanı konkret subyektlər barədə tətbiq etmək səlahiyyəti DYP-yə verilməyənə qədər heç bir cərimədən söhbət gedə bilməz.
Məsələ ilə bağl sürücülərə bəzi tövsiyələrimiz də var.Bundan sui-istifadə etməyin və avtomobilinizdə mütləq odsöndürən saxlayın.Ona görə ki,səbəbli və ya səbəbsiz yerə alışan avtomobil on dəqiqədən sonra yararsız hala düşə bilər.