Bakı Nəqliyyat Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,bu gün saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 HM 363 olan sərnişin avtobusunun iştiakı ilə qəza baş verib. Qəza ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə gedib. İlkin məlumata görə 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu sonuncu dayanacaqda olan zaman dərədən aşıb. Hadisə sonuncu dayanacaqda baş verdiyindən, avtobusda sərnişin olmayıb. Qəza zamanı avtobusun sükanı arxasında olan Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.
Yeni Günəşlidə avtobus dərədən aşıb
Categories: