Avtoreyd.Az Dörd çarx Sürücülər diqqətli olun! Bu yollarda dəyişikliklər edildi (Video)

Sürücülər diqqətli olun! Bu yollarda dəyişikliklər edildi (Video)


Sürücülər diqqətli olun! Bakıda bir sıra küçə və prospektlərdə dəyşiklik olub. Belə yerlərdən biri Binəqədi, digəri isə Nərimanov rayonundadır. Bunlar hansılardır və nə məqsədlə edilib? Ətraflı indi təqdim edəcəyimiz süjetdən biləcəkjsiniz.

Pik saatlarında yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə yolda dəyişiklik edilib.

Söhbət paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsindən gedir. Sözügedən yol artıq bir neçə gündür ki,”Bolluq” bazarı kimi tanınan ərazinin yanından bir tərəfli olub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yolun bir tərəfli edilməsində məqsəd günün pik saatlarında sıxlığı aradan qaldırmaqdır.

Sürücülər də bu dəyşikliyin müsbət nəticə verəcəyini deyirlər.

Amma buna baxmayaraq hələ də bu nişana fikir verməyib əks yola çıxan sürücülər var. Baxmayaraq ki, dəyşiklik zamanı yolda nişanlama xətləri və lazımi yol nişanları da qoyulub. Onu da qeyd edək ki, ”Dərnəgül” metrostansiyası və ”Bolluq” bazarı istiqamətindən gələn sürücülər şəhər mərkəzinə doğru getmək üçün ”Azadlıq” metrosu yaxınlığında geri dönüş etməklə hərəkətə davam edirlər.

Sözügedən dəyşiklik zamanı minik avtomobilləri ilə yanaşı 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının hərəkəti də rahatlaşıb. Burdakı dəyşiklik də sürücülərin ürəyincədir.

Qeyd edək ki, bundan sonra da Bakı Nəqliyyat Agentliyi, Şəhər Dövlət Yol Polis İdarəsi ilə paytaxtda nəqliyyat sıxlığı yararnan yollara baxış keçirib, lazımi dəyşiklik edəcək.

Related Post