Avtoreyd.Az Dörd çarx Bu gündən bu yolda təmir işlərinə start verilir

Bu gündən bu yolda təmir işlərinə start verilir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,bu gündən etibarən Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start verilir. Təmir işləri yolun Quba istiqamətində aparılacaq. Təmir işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

AvtoReyd.Az

Related Post

Sürücülərə şad xəbər: Bakının bu hissəsində tıxac aradan qalxır – SƏBƏB (Foto)Sürücülərə şad xəbər: Bakının bu hissəsində tıxac aradan qalxır – SƏBƏB (Foto)

Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbilərin icrasına başlanılıb.