Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının üzvlərini daşıyan avtobus Van şəhərindən Ankaraya gedən zaman yol qəzasına düşüb.
Hadisə nəticəsində 5 nəfər ölüb, daha 18-i yaralanıb.
Bildirilir ki, siyasətçilər fraksiyanın avqustun 18-nə nəzərdə tutulan qurultayına gedirmişlər.Bu barədə məlumatı “Milliyet” verib.