Avtoreyd.Az Dörd çarx Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb

Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb


Prezident İlham Əliyev Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan– Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AvtoReyd.Az

Related Post

Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur (Video+Foto)Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur (Video+Foto)

Ağstafa rayonunun 10 km uzunluğunda olan Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolunun yenidənqurma işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin AvtoReyd.Az-averilən məlumata görə, yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar

“Bir bakal pivə içmişəm, sərxoş deyiləm” – Sürücünün sərxoşluğu necə ölçülməlidir? – VİDEO“Bir bakal pivə içmişəm, sərxoş deyiləm” – Sürücünün sərxoşluğu necə ölçülməlidir? – VİDEO

Yol polisi sürücülərə dəfələrlə xəbərdarlıq edir ki, spirtli içki qəbul edib sükan arxasına keçməyin. Amma təəssüflər olsun ki, buna məhəl qoymayan sürücülər hələ də var. Əbəs yerə bu mövzuya toxunmamışıq.