Avtoreyd.Az Avtoxəbər Avtomobil bazarında cüzi bahalaşma

Avtomobil bazarında cüzi bahalaşma


2018-ci ilin iyulunda Bakının avtomobil bazarında orta qiymət 27 575 manat təşkil edib.

AvtoReyd.Az məlumat verir ki,bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 1,81 faiz artıb.

N.İbrahimov bildirib ki, iyul ayında ümumilikdə 1 880 avtomobil satışa çıxarılıb:

“Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 38,75 faiz artıb. Satışa çıxarılan avtomobillərin 86,33 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 27 322 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 13,67 faizini təşkil edib, orta qiymət isə 29 172 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,22 faiz, orta qiyməti 34 419 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,78 faiz, orta qiyməti 10 636 manat təşkil edib”.

Ekspert bildirib ki, iyul ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 182,84 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 4,03 faiz çox olub. Avtomobillərin orta yaşı 12 ildən çox olub.

Related Post

BMW E39 əsasında QAZ-24BMW E39 əsasında QAZ-24

SSRİ-in çox avtomobil pərəstişkarları üçün əlçatmaz hədəf sayılan – satışa yeni daxil olmuş QAZ-24 sahib olmaq idi. Əfsanəvi “Volqa” çox illərə firavanlığın, rahatlığın və cah-calalın simvolu idi.SSRİ-də – yayılmış “Jiqulilərə”