İspaniyanın Malaqa əyalətində sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Hadisə zamanı qatar relsdən çıxmayıb.
Nəşr yazır ki, qatarda 2, yük maşınında isə 3 nəfər yaralanıb.
Hazırda dəmir yolu rəhbərliyi zədə alması səbəbindən qatarın ən yaxın stansiyaya necə aparılması məsələsini araşdırır.
Qəzanın səbəbləri hələ ki, açıqlanmır.