Ağsu Rayon Yol Patrul Xidmətinin bölmə rəisi tutduğu vəzifədən azad edilib.
Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis-mayoru Kənan Ağaəliyev vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.
Sözügedən məlumatı Ağsu Rayon Yol Patrul Xidmətindən təsdiqləyiblər. Hələlik bölmə rəisinin yerinə təyinat yoxdur.
Unikal.org