Avtoreyd.Az Hadisə “Xətai” metrosu təmirə bağlanır

“Xətai” metrosu təmirə bağlanır


“Xətai” metrostansiyası təmirə bağlanacaq.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək:

“Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub”.

Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.

Sputnik Azərbaycan

Related Post