Avtoreyd.Az Dörd çarx BNA bir neçə piyada keçidlərini bərpa edərək piyadaların istifadəsinə verdi (Foto)

BNA bir neçə piyada keçidlərini bərpa edərək piyadaların istifadəsinə verdi (Foto)


Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayevin AvtoReyd.Az-a verdiyi məlumata görə,2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb. Müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib. Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədi ilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb.

Piyada təhlükəsizliyinin vacib elementlərindən olan eyni səviyyəli piyada keçidlərinin standartlara uyğunlaşdırılması, zəruri olan yerdə yenilərinin təşkil edilməsi davamlı olaraq aparılır.

AvtoReyd.Az

Related Post

Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilir (Foto)Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilir (Foto)

Bu yeniliklərdən biri Bakı Dairəvi-1 avtomobil yolunda edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində