AvtoReyd.Az bildirir ki,”Kalaşnikov” konserni Tesla şirkətinin modellərinə yeni CV-1 adlı rəqib elektromobil hazırlamağa qərar verib.
Konsern 1970-ci illərin sovet avtomobilindən olan”Kombi” İj-21251-in kuzovu əsasında elektromobil prototipi göstərib.Əlbəttə, bu yalnız nümayiş nümunəsidir.Gələcək elektrik CV-1-in şəxsi müasir kuzovu olacaq.
“Kalaşnikov” konserninin hazırladığı bu elektromobil özüylə bir neçə yenilik gətirib.
Elektrik sistemi əsasında müasir 50 kiloqram çəkisində 50x50x100 santimetr ölçüsündə invertor yer alıb.Batareyalardan saatda 90 кВт həcmində enerjini alaraq, o faydalı yüklənməni 1.2 MVt-a qədər inkişaf etdirir. Bort sistemlərinin vəziyyəti ümumi bort hesablayıcısı tərəfindən tənzimlənir.
Artıq CV-1-in gələcək hesab xarakteristikaları məlumdur. Onun gücü 220 KVT təşkil edəcək (299 at.gücü.), pik — 500 KVT (680 at.gücü.) Planlaşdırılır ki, bir yükləmədə o 350 kilometrə qədər məsafəni qət edə bilər.