Avtoreyd.Az Hadisə Qubada bəy və gəlin maşını aşıb (Foto)

Qubada bəy və gəlin maşını aşıb (Foto)


Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”un Şimal bürosuna istinadən məlumat verir ki, rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.

Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.

Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Güclü qar Şamaxı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb (Foto-Video)Güclü qar Şamaxı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb (Foto-Video)

Güclü qar səbəbindən Şamaxı-İsmayıllı yolunda nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hazırda qar yağmaqda davam edir. Bu səbəbdən avtomobillər aşağı sürətlə hərəkət edir.