Avtoreyd.Az Gündəm Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 4,6 milyon manat ayırıb


Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

AvtoReyd.Az məlumat verir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Related Post

25 il Laçınsız…25 il Laçınsız…

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından bu gün 25 il ötür. AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd