Avtoreyd.Az Hadisə Bakıda yüksək sürətlə avtomobil idarə edən qadın yol qəzasına səbəb oldu (Video)

Bakıda yüksək sürətlə avtomobil idarə edən qadın yol qəzasına səbəb oldu (Video)


Bakıda yüksək sürətlə avtomobil idarə edən qadın yol qəzasına səbəb olub.

ARB TV xəbər verir ki, hadisə Nərimanov rayonu Əlövsət Əbdülrəhimov küçəsində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin xanım sürücüsü idarəetməni itirib və bu zaman avtomobil sağ zolaqda öz yolu ilə hərəkət edən “Daewoo” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Hyundai” bir neçə dəfə çevrilərək parkın daş arakəsmələrinə dəyib. Qadın müxtəlif bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. Deformasiyaya uğrayan avtomobillər isə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AvtoReyd.Az

Related Post

Natiq Əliyev vəfat etdiNatiq Əliyev vəfat etdi

Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib. “APA-Economics”in əldə etdiyi məlumata görə, İstanbulun “Florence Nightingale” klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.