Avtoreyd.Az Gündəm Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb (Video)

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb (Video)


Sentyabrın 1-dən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb.

AvtoReyd.Az xezerxeber.az-a istinadən bildirir ki, hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional “ASAN xidmət” mərkəzində həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib ki, növbəti günlərdə regional “ASAN xidmət” mərkəzlərində də yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq. Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

Qeyd edilib ki, 15 yaşı tamam olmuş vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. Belə ki, 10 gün müddətində 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. Belə ki, 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib.

Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrdə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı çip yerləşdirilib. Yeni nəsil şəxsiyyət vəsiqələri 10 il müddətinə verilir.

AvtoReyd.Az

Related Post

Daha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEODaha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEO

Bakı şəhərində hərəkət edən bütün marşrut avtobuslarının hər gün texniki baxışdan, eləcə də sürücülərin tibbi müayinədən keçirilməsi üçün istehsalat bazasının olması mütləqdir. Xezerxeber.az məlumat verir ki, Bakı Nəqliyyat Agentliyinin bu