Goranboyda toyu olan bəyin dostları ona sürpriz ediblər.

AvtoReyd.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, bəzədilən maşınlar gəlini gətirmək üçün yola düşən kimi kənardan şarlarla bəzədilmiş traktorlar toy karvanına qoşulub.

Mexanizatorlar həmkarları olan bəyi təccübləndirmək üçün belə addım atıblar. Beş traktor gəlin evinə gedən karvana qoşularaq, maraqlı görüntü sərgiləyib.

Maraqlı toy karvanı Goranboyun Xanqərvənd kəndində olub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.