Avtoreyd.Az Gündəm Neftçilər prospektindəki təmir başa çatdı (Video)

Neftçilər prospektindəki təmir başa çatdı (Video)


Bakının Neftçilər prospektində dəmir yolunun çıxarılması və yolun təmiri prosesi başa çatıb.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq ərazidən keçən istifadəsiz dəmir yolu xətti tam sökülüb: “Dəmir yolu xəttinin çıxarıldığı yer asfalt örtüklə döşənib, yolun nişanlanması prosesi də başa çatıb. Ərazi tam olaraq sürücülərin istifadəsinə verilib”.

Xatırladaq ki, bir-neçə gün əvvəl Neftçilər prospektindən keçən istifadəsiz dəmir yolu xəttinin sökülməsinə başlanılmışdı. Yolda avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırıldığından, bu da prospektdə tıxaca səbəb olmuşdu.

AvtoReyd.Az

Related Post

Arı yeşikləri daşıyan maşınlara xüsusi yol nişanlarının vurulması təklif edilirArı yeşikləri daşıyan maşınlara xüsusi yol nişanlarının vurulması təklif edilir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanda yerli damazlıq arı sortlarının artırılması üçün “Arıçılıq haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanır. V.Hüseynov qeyd edib ki, nazir İnam Kərimovla görüşən Azərbaycan Arıçılar