Dörd çarx

Sürücülərin nəzərinə:Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az -a verilən məlumata görə,Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sentyabr ayının 7-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq. Küçə boyu hərəkət tam məhdudlaşdırılmır.

Sürücülərdən sözügedən istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.